“Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçin Böyük Britaniyada yaşaması qadağan edilib.
Bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın Ukryana ilə apardığı müharibəyə görə çətin ki, Abramoviçin yenidən Böyük Britaniyada yaşamağına icazə verilsin. Çünki Abramoviç Rusiya prezidenti Vladimir Putinin tərəfdarı olan 35 oliqarxdan biridir.
Rusiyalı milyarderin bir neçə aydır "Çelsi"nin ofisində görünmədiyi bildirilib. Britaniya mətbuatının yazdığına görə, dövlət tərəfindən immiqrasiya xidmətinə Abramoviçin ölkədə məskunlaşmasının qarşısını almaq tapşırılıb.
Qeyd edək ki, 56 yaşlı funksioner 2003-cü ildən "Çelsi"nin sahibidir.