"Şalke" klubu Rusiya şirkəti ilə əməkdaşlıqdan imtina etdi

03:34 25 Fevral 2022

"Şalke" Rusiyanın "Gazprom" şirkəti ilə əməkdaşlığı dayandırıb.

 

Sportarena.az Almaniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub bu addımı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən atıb

 

Məlumata görə, artıq komandanın formalarının üzərində şirkətin adı qeyd olunmayacaq. Bunun əvəzinə formada “Schalke 04″ yazılacaq.


Digər xəbərlər

Xəbər xətti