"Marsel" Konfrans Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı "Qarabağ"la bağlı paylaşım edib.
Fransa klubunun "Tvitter" səhifəsində Ağdam təmsilçisinə feyr-pley nümunəsinə görə təşəkkür edilib.
Qeyd edək ki, "Marsel"lə cavab görüşünün 34-cü dəqiqədə cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin vurduğu qolu baş hakim qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib. Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə futbolçuya bunu görüşün baş hakiminə bildirməsini deyib. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.