"Xəzər Lənkəran"ın keçmiş çalışdırıcısı Con Toşak reanimasiyaya yerləşdirilib.
Sportarena.az xəbər verir ki, 73 yaşlı məşqçi koronavirusa yoluxub.
Uelsli mütəxəssisin səhhəti dünən daha da pisləşib.
Toşaka ağır pnevmoniya diaqonozu qoyulub. Onun xanımı da hazırda xəstəxanadadı.
Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"ı çalışdırıb.