FİFA Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, Rusiya ərazisində beynəlxalq turnirlər keçirilməyəcək. Ev matçları neytral meydanda və azarkeşsiz oynanılacaq.
Rusiyanı təmsil edən üzv assosiasiya istənilən yarışda Rusiya deyil, “Rusiya Futbol İttifaqı (RFU)” adı altında iştirak etməlidir.
Rusiya komandalarının iştirak etdiyi matçlarda Rusiya bayrağı və ya himnindən istifadə edilməyəcək.