Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri titulundan məhrum edilib.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bu qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə verilib.
Qeyd edək ki, Vladimir Putin 2008-ci ildə IJF-nin fəxri prezidenti seçilib.