UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Leyptsiq" (Almaniya) və "Spartak" (Rusiya) arasında oyunlarını ləğv edib.
Sportarena.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.
Bu qərarla Moskva klubuna texniki məğlubiyyət verilib və "Leyptsiq" birbaşa 1/4 finala vəsiqəni təmin edib.