Daha 3 ölkənin millisi Rusiya ilə oyunlardan imtina etdi

16:32 28 Fevral 2022

Futbol üzrə Norveç, Uels və İsveçrə milli komandaları Rusiya yığması ilə oynamaqdan imtina etdiklərini açıqlayıblar. Sportarena.az xəbər verir ki, bu barədə hər üç ölkənin futbol federasiyasının mətbuat xidmətləri məlumat yayıb. Buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb göstərilib.
 
Daha əvvəl Polşa, İsveç, Çexiya, İngiltərə və Albaniya futbol federasiyaları Rusiya millisinə qarşı oyunlarda iştirak etməyəcəklərini açıqlamışdılar.
 
FİFA Rusiya millisinin Rusiya Futbol İttifaqının (RFİ) komandasının adı altında, bayraqsız və himnsiz oynamasına qərar verib. 


Digər xəbərlər

Xəbər xətti