Cüdo millimizdə almaniyalı baş məşqçi

18:00 28 Fevral 2022

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

 

Sportarena.az xəbər verir ki, yığmamızı almaniyalı Riçard Trautman çalışdıracaq. Bu barədə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında bildirilib. Trautman vəzifəsinin icrasına martın 1-də başlayacaq.

 

Kişilərdən ibarət yığmanın hazırkı baş məşqçisi Mövlud Mirəliyev isə yığmada böyük məşqçi kimi fəaliyyət göstərəcək. 

 

Qeyd edək ki, Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 53 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb. Trautman həmin il ölkəsində yığmanın köməkçi məşqçisi olub. Baş məşqçi 2005 - 2008-ci illərdə yeniyetmələrdən ibarət komandaya, 2009 - 2016-cı illərdə gənclərdən ibarət yığmaya, 2016 - 2021-ci illərdə isə böyüklərdən ibarət milliyə rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti