“Mançester Yunayted”in yarımmüdafiəçisi Cessi Linqard komandanı tərk etmək qərarı alıb.
Sportarena.az xəbər verir ki, ingilis futbolçu oyun praktikasından əziyyət çəkdiyinə görə Mançesteri tərk etmək istəyir.
Mövsüm sonunda komanda ilə müqaviləsi başa çatacaq futbolçu yeni komandasına azad agent statusu ilə keçəcək.
Millinin üzvü "Aston Villa" və "Liverpul"un maraq dairəsindədi.