Həndbol üzrə Rusiya və Belarus komandaları diskvalifikasiya olundu

11:00 1 Mart 2022

Avropa Həndbol Federasiyası (EHF) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus yığmalarının, həmçinin iki ölkə klublarının öz bayrağı altında keçirilən turnirlərdə iştirakına qeyri-müəyyən müddətədək qadağa qoyub. Sportarena.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.
 
Qərar qurumun İcraiyyə Komitəsinin bugünkü növbədənkənar iclasında qəbul edilib. Qadağa klub və milli səviyyəsində bütün cari yarışlara aiddir.
 
Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi (IOC) beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarını yarışa buraxmamağı tövsiyə edib. Qurumdan bildirilib ki, sözügedən ölkənin idmançıları və komandaları yalnız neytral statusda çıxış edə bilərlər.


Digər xəbərlər

Xəbər xətti