Rusiya UEFA və FİFA-dan CAS-a şikayət etdi

02:20 4 Mart 2022

Rusiya Futbol İttifaqı (RFS) UEFA və FİFA-nın ölkənin bütün milli komandalarını və klublarını beynəlxalaq yarışlardan kənarlaşdırmaqla bağlı qərarına etiraz əlaməti olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

RFS iddia ərizəsində məsələyə tez baxılmasını tələb edib. RFS UEFA və FİFA-nın qərarının heç bir hüquqi əsasının olmadığını vurğulayıb.

Xatırladaq ki, FİFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını növbəti qərara qədər öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti