Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MMA döyüşçüsü Nəriman Abbasova ev hədiyyə edib.
Sportarena.az xəbər verir ki, idmançı özü şəxsi instaqram hesabında bu barədə paylaşım edib.
Nəriman ölkə başçısına və Fərid Qayıbova təşəkkür edib: "Mənə mənzil verən Prezidentimiz İlham Əliyevə və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Mən bundan sonra da çalışacağam. Ölkəmi və bayrağımı daim yaxşı təmsil etməyə davam edəcəyəm".