Rusiya Premyer Liqasını üzvlükdən çıxardılar

11:56 5 Mart 2022

Avropa Peşəkar Futbol Liqaları Asossasiyası (EPFL) Rusiya Premyer Liqasını quruma üzvlükdən çıxarıb.

Sportarena.az xəbər verir ki, bu barədə EPFL-in rəsmi saytı məlumat yayıb. Avropa Peşəkar Futbol Liqaları Asossasiyasının İdarə Heyəti RPL-i üzvlükdən çıxarmaq qərarına gəlib. Həmçinin bu, Milli Futbol Liqasına da şamil olunub.

Qeyd edək ki, FIFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb. Rusiya Futbol İttifaqı məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib. 


Digər xəbərlər

Xəbər xətti