Ukrayna Premyer Liqasının oyunları İtaliyada keçiriləcək?

14:24 5 Mart 2022

İtaliya futbol üzrə Ukrayna Premyer Liqasının 2021/22 mövsümünün növbəti turlarına ev sahibliyi etməyə hazırdır. Sportarena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina açıqlama verib. 68 yaşlı federasiya rəhbəri bunları deyib:
 
“İtaliya Futbol Federasiyası qaçqınların qəbuluna kömək etdiyi kimi, Ukrayna çempionatının oyunlarını keçirməyə də hazırdır. Biz başqa təşəbbüslər üzərində də işləyirik”. 
 
Ukrayna çempionatı fevralın 24-də, Rusiya ilə müharibə başlaması səbəbindən dayandırılıb.


Digər xəbərlər

Xəbər xətti