"Bizim üçün çox önəmli qələbə idi. Axırıncı oyunlarda yaxşı futbol sərgiləyirdik, sadəcə nəticə yox idi. Son dəqiqələrdə qələbə qazanmaq həm xal, həm də mental baxımdan bizim üçün önəmli idi”.
Bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 18-ci turunda "Keşlə"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
O, rəqib futbolçusu Sadio Tounkara ilə toqquşaraq zədələnən Elvin Camalovun durumu haqda danışıb: "Onun qaşı açılıb, beyin silkələnməsi var. Tibbi baxış lazımdır ki, onun hansı müddətə bizimlə olmayacağını dəqiqləşdirək".
Rusiyalı mütəxəssis oyunda yeganə qolun müəllifi olan ukraynalı Zurab Oçiqavanın ölkəsində müharibə getməsinə baxmayaraq, psixoloji durumun yerində olduğunu bildirib: "Bundan əvvəlki oyunu buraxmışdı. Çünki konsentrasiya olması çətin idi. Qohumları ilə danışıb, vəziyyəti yaxşıdır. Çox vacib qol vurdu".
M.Musayev Şamaxıya köçəcək "Keşlə"nin "ASK Arena"da son oyununu keçirməsinə isə belə münasibət bildirib: "Bizim üçün elə də önəmli deyildi. Özümüz haqda düşünürdük. Bizim üçün önəmli qələbə idi. “Keşlə” Şamaxıya köçür, onları bu münasibətlə təbrik edirəm. Amma biz bu haqda düşünmürdük".