"Qarabağ" imkan verdiyi qədər oynadıq" - Elmar Baxşıyev

01:13 7 Mart 2022

“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Qarabağ”ın reklama ehtiyacı yoxdur. Çempionatın vahid lideridir. Matçdan öncə də komandanı ağır oyuna hazırlamışdıq. İnanırdıq ki, komanda “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə biləcək".

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda bu gün səfərdə "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:5 hesablı məğlubiyyəti belə şərh edib: "İlk hissədə düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdıq. Əlbəttə, bir daha vurğulayım ki, “Qarabağ” imkan verdiyi qədər. İkinci hissədə rəqib tempi artırandan sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan istifadə etdi. Ümumi qırılma nöqtəsinin olduğunu deməzdim. Omarın meydandan çıxması müəyyən təsir etdi. Qarşılaşmadan əvvəl onun üzərində dayanmışdıq. Qırılma nöqtəsi “Qarabağ”ın bizə göstərdiyi təzyiqdən irəli gəldi. Onlar imkan verdiyi qədər oynadıq. Tək qapıçının üstünə düşmək istəməzdim. Kimsə səhv etməlidir ki, qapında qol olsun. Nicat inandığım qapıçıdır və qarşıdakı görüşlərdə də üzərində dayanacağıq”.


Digər xəbərlər

Xəbər xətti