Meksikada kütləvi dava zamanı 17 azarkeş öldü

01:26 7 Mart 2022

Meksika çempionatının 9-cu turunda “Keretaro” -  “Atlas” oyunu zamanı azarkeşlər arasında kütləvi dava yaşanıb.

Sportarena.az xəbər verir ki, hadisə matçın ikinci hissəsində, “Atlas”ın 0:1 hesabı ilə öndə olduğu vaxt olub. Bu zaman 22 nəfər xəsarət alıb. Daha sonra xəsarət alanlardan 17 nəfər dünyasını dəyişib.

İlkin məlumatlara görə, hadisə ilə bağlı azı 10 nəfər saxlanılıb. Liqa rəhbərliyi 9-cu turun qalan oyunlarının təxirə salınmasına qərar verib.


Digər xəbərlər

Xəbər xətti