"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 28-ci turunda "Mançester Siti" ilə səfər görüşü (1:4) öncəsi verdiyi qərarla komanda yoldaşlarını və rəhbərliyi şoka salıb.
Sportarena.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Bildirilib ki, 37 yaşlı oyunçu Mançester derbisində iştirak etməyəcəyi dəqiqləşən kimi Portuqaliyaya yollanıb. Ronaldo bu ilin əvvəlində onu narahat edən zədəsinin təkrarlandığını bildirib, bundan sonra bazar günündən əvvəl vətəninə gedib.
Zədəli oyunçuların matçlara getməsi tələb olunmur. Ancaq vacib səfər görüşü öncəsi portuqaliyalı futbolçunun bu addımı ciddi narazılığa səbəb olub. Digər futbolçular Ronaldonun stadionda olmasının komandaya fayda verə biləcəyinə inanırlar.
Qeyd edək ki, "Mançester Yunayted" derbidə "Mançester Siti"yə 1:4 hesabı ilə uduzub.