“Səbail” Premyer Liqada səfərdə 100-cü qolunu buraxıb.
Sportarena.az xəbər verir ki, bu topa “Neftçi”nin futbolçusu Azər Salahlı imza atıb. 0:2 hesabı ilə uduzan “dənizçilər” 61-ci səfər görüşünə qədər 98 dəfə topu qapısında görmüşdü. XVIII turun qarşılaşmasında bu rəqəm 100-ə çatıb.
“Səbail” ölkə çempionatları tarixinə səfərdə 100 və daha çox top buraxan 28-ci komanda kimi düşüb. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 432 qol buraxıb.