Ukraynada oynayan legionerlər üçün transfer pəncərəsi açılacaq

16:11 7 Mart 2022

Ukrayna klublarında oynayan legioner futbolçular üçün transfer pəcncərəsi açıqlacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Şaxtyor"un idman direktoru Dario Srna məlumat verib. O, məsələ ilə bağlı FIFA və UEFA-nın razılığının olduğunu bildirib:

 

"Aleksander Çeferin nə qədər gözəl insan olduğunu bir daha gəstərdi. Heç bir legionerin klubların icazəsi olmadan təzminatsız ayrılmayacağını bildirdi. Növbəti həftə UEFA və FIFA Ukraynada oynayan bütün legioner futbolçular üçün bir transfer pəncərəsi açacaq. Bunu oyunçuları və Ukrayna futbolunu qorumaq məqsədilə həyata keçiririk".

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünə görə bu ölkədə futbol çempionatları dayandırılıb. 


Xəbər xətti