Çempionlar Liqasının 1/8 finalında keçirilcək "Real" - PSJ cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Niderland Futbol Federasiyasından Denni Makkelini idarə edəcək.Ona Hessel Steeqstra, Jan de Vrles köməklik göstərəcək. Dördüncü hakim funksiyasnı Allard Lindhout yerinə yetirəcək.
"Mançester Siti" - "Sportinq" görüşü isə Türkiyə Futbol Federasiyasından Halil Mehlerə həvalə olunub. Mustafa Eylsoy, İbrahim Çağlar Uyarcan köməkçi hakimlər, Arda Kardeşlər dördüncü hakim olacaq.
Qeyd edək ki, martın 9-u keçiriləcək hər iki görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.