PSJ-nin hücumçusu Lionel Messi karyerasının ən uğursuz oyunlarından birini keçirib.
Sportarena.az xəbər verir ki, argentinalı ulduz futbolçu Fransa çempionatının 27-ci turunun "Nitsa" ilə matçında 90 dəqiqə ərzində qapıya zərbə vura bilməyib. 34 yaşlı oyunçu sonuncu dəfə bu halı 2009/2010 mövsümündə yaşayıb.
Qeyd edək ki, "Nitsa" - PSJ qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.