PSJ-nin futbolçuları Serxio Ramos və Ander Herrera Çempionlar Liqasının 1/8 finalında "Real"la cavab oyununu buraxacaqlar.
Sportarena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin saytı məlumat yayıb. Hər iki oyunçu zədə səbəbindən sözügedən görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, "Real" - PSJ matçı sabah keçiriləcək. Bu komandalar arasında ilk oyun Paris klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.