Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, mərkəzi oyun Madriddə baş tutub. "Real" burada Fransa PSJ-sini qəbul edib. Parisdə keçirilən ilk matçda fransızlar minimal hesablı qələbəyə sevinib.
Gecənin digər matçında İngiltərənin "Mançester Siti" klubu evdə Portuqaliya "Sportinq"ini sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" cütün taleyini demək olar ki, həll ediblər.
UEFA Çempionlar Liqası
1/8 final, Cavab oyunları
9 mart
00:00. "Real" (İspaniya) - PSJ (Fransa) 3:1
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1
00:00. "Mançester Siti" (İngiltərə) - "Sportinq" (Portuqaliya) 0:0
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun: 5:0