"Qalatasaray" komanda şəklində oynayır" - "Barselona"nın baş məşqçisi

02:56 10 Mart 2022

"Barselona" Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Qalatasaray"la qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, baş tutan mətbuat konfransında Kataloniya təmsilçisinin baş məşqçisi Xavi açıqlama verib:

 

"Çox həyəcanlıyıq. Komanda yaxşı vəziyyətdədir. Azarkeşlərimizin qarşısında oynayacağıq, ab-hava hazırda çox yaxşıdır. Bu səviyyəyə gəlib çatmaq üçün çox çalışdıq. Son matçlarda olduğu kimi oynamalıyıq. Çünki Türkiyədəki oyun çox çətin olacaq.

 

"Qalatasaray" komanda şəklində oynayır. Domenek Torrentin məqsədi öz oyun fəlsəfəsini qəbul etdirməkdir. Topa sahib olmaq istəyirlər, üçlü müdafiə kimi fərqli taktiki üslubları var. Fərdi olaraq da yaxşı oyunçulara sahibdirlər. Məncə Kərəm AKtürkoğlu yaxşı futbolçudur". 


Digər xəbərlər

Xəbər xətti