Slovakiyada futbol matçları azarkeşlərin iştirakı ilə keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Martın 14-dən ölkədə pandemiyaya qarşı bütün məhdudiyyətlər götürüləcək. Qurum hər kəsin maska taxmağa davam etməli olduğunu da bildirib.
Azərbaycan millisi UEFA Millətlər Liqasında Slovakiya ilə ilk oyununu iyunun 10-da Bakıda, növbəti matçı isə sentyabrın 22-də səfərdə keçirəcək.