Güləşçilərimizin yeni reytinqi açıqlandı

03:44 11 Mart 2022

Dünya Güləş Birliyi yeni reytinq cədvəlini açıqlayıb.

Sportarena.az xəbər verir ki, ümumilikdə 14 təmsilçimiz fərqli çəki dərəcələri üzrə ilk "10-luq"da yer alıb.   

Yunan-Roma güləşi üzrə 82 kq-da lider dünya çempionu Rafiq Hüseynovdur. O, həm də 77 kq-da 7-ci pillədə qərarlaşıb.

Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) 3-cü, Taleh Məmmədov (63 kq)  5-ci, Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) 7-ci, Həsrət Cəfərov (67 kq)  9-cu və Beka Kandelaki (130 kq) 10-cü pillədə yer alıb.

Sərbəst güləşdə Hacı Əliyev (65 kq) və Osman Nurməhəmmədov (92 kq) 4-cü, Abubəkr Abakarov (86 kq) 5-ci, Turan Bayramov (70 kq) isə 7-cidir.

Qadın güləşçilərimizdən Alena Kolesnik (59 kq) 7-ci, Mariya Stadnik (50 kq) isə 9-cu yerdə qərarlaşıb.


Xəbər xətti