Türkiyə çempionatı: “Fənərbaxça” səfərdə darmadağına sevindi

10:00 14 Mart 2022

Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, daha üç qarşılaşma baş tutub.
 
“Kayserispor” “Konyaspor”u, “Adana Dəmirspor” isə “Sivasspor”u qəbul edib. Beş qolun qeydə alındığı bu oyunlar qonaqların qələbəsi ilə başa çatıb.
 
Çempionlar Liqası zonasına can atan “Fənərbaxça” da səfərdə “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib. Bol qollu matç qonaqların qələbəsiylə yekunlaşıb.
 
Türkiyə Super Liqası
29-cu tur
 
13 mart
 
Kayserispor – Konyaspor 2:3
Qol: A.Parmak, 7. Qavranoviç, 14 – Gilyerme, 41-pen. Çikalleşi, 52; 61.
 
Adana Dəmirspor – Sivasspor 2:3
Qol: Stambuli, 58. Balotelli, 68-pen – P.Enrike, 28; 54; 90+2-pen.
 
Alanyaspor – Fənərbaxça 2:5
Qol: T.Bingöl, 53; 67 – D.Rossi, 26. M.Özil, 50. A.Güler, 78. Pelkas, 90. Berişa, 90+4.
 
14 mart
 
17:00. Başakşəhər – Antalyaspor
21:00 Girəsunspor – Qaziantep
21:00 Qalatasaray – Beşiktaş


Digər xəbərlər

Xəbər xətti