Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

10:27 14 Mart 2022

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. Sportarena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
 
63.5 kq çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov 1/16 final mərhələsi çərçivəsində Yere Niemelainenlə (Finlandiya) qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 (30:26, 30:25, 30:26, 29:27, 30:25) hesabı ilə qalib gəlib. O, 1/8 finalda ilk mərhələdən azad olan sloveniyalı Nik Nikolovla üz-üzə gələcək. Bu döyüş martın 17-də baş tutacaq.
 
Yığmamız 39 ölkədən 315 (213 oğlan, 102 qız) boksçunun qatıldığı Avropa birinciliyində 7 idmançı ilə təmsil olunur. Yarışın ikinci günündə milli üzvlərindən Nəbi İsgəndərov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) mübarizəyə qoşulacaq. Onlar müvafiq olaraq, Luka Nikabadze (Gürcüstan) və Hikki Samla (Şotlandiya) qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti