Türkiyəli mütəxəssis Almaniyada istefaya göndərildi

12:00 14 Mart 2022

"Herta" baş məşqçisi Tayfun Korkutu istefaya göndərib.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya klubu türkiyəli mütəxəssislə yanaşı köməkçisi İliye Araçiçlə də müqaviləni ləğv edib.

Komandanın yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcək.

Türkiyə millisində oynamış veteran futbolçu “Hannover”, “Kayzerslauten”, “Bayer”(Leverkuzen), “Ştutqart”ı çalışdırdıqdan sonra 2021-ci ildə “Herta”ya baş məşqçi təyin edilmişdi.

Korkutun rəhbərliyi altında Berlin klubu sonuncu pilləyə yuvarlanmışdı. 


Digər xəbərlər

Xəbər xətti