PSJ azarkeşləri Lionel Messi və Neymarı fitə basıblar.
Hadisə dünən “Bordo”ya qarşı Liqa-1-in oyununda baş verib. Hər dəfə bu iki futbolçu topa sahib olanda azarkeşlər fit çalıblar. Bundan başqa, onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Neymarın görüşdə 1 qol vurması belə fanatların hirsini soyutmayıb.
Qeyd edək ki, ötən həftə PSJ Çempionlar Liqasının 1/8 final matçında “Real”a uduzaraq mübarizəni dayandırıb.
Fransa mətbuatının yazdığına görə, hazırda Messi sabiq klubu “Barselona”ya qayıtmaq barədə düşünür. Neymara gəlincə, əgər ona sərfəli təklif olsa, klub futbolçunu saxlamayacaq.