"Neftçi"nin kapitanı üçün yubiley

13:04 14 Mart 2022

Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”nin futbolçusu Emin Mahmudovun “Sumqayıt”a vurduğu iki qoldan birincisi yubileylə əlamətdar olub.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər  verir ki, 17-ci dəqiqədə başla endirilmiş dəqiq zərbə 30 yaşlı yarımmüdafiəçi üçün çempionatda 20-ci qol kimi tarixə düşüb.

Mahmudov Azərbaycan Premyer Liqasında yalnız bir klubda çıxış edib. İkinci dəfə fərqlənməklə qol sayını 21-ə çatdıran təcrübəli oyunçu 109-cu matçını keçirib.

Onun ilk topu həm də “Neftçi” karyerasında 30-cu olub. Kapitan Azərbaycan Kubokunda 2, avrokuboklarda 8 qola sevinib. “Ağ-qaralar”ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.

2017-ci ildən “Neftçi”də çıxış edən Mahmudov həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, “Qəbələ” ilə ev matçında (2:3) fərqlənib

“Neftçi” "Sumqayıt"la görüşdə qələbə qazanıb - 2:1. 


Digər xəbərlər

Xəbər xətti