İtaliya çempionatı: “Napoli” qələbə qazandı, “İnter” xal itirdi

15:19 14 Mart 2022

Futbol üzrə İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, daha beş qarşılaşma baş tutub.
 
“Atalanta” - “Cenoa” matçında qapılara qol vurulmayıb. Səfərdə “Udineze” ilə qarşılaşan “Roma” turu 1 xalla başa vurub. “Fiorentina” isə evdə “Bolonya”nı minimal hesabla üstələyib.
 
Liderin ən yaxın izləyicisi “İnter” çətin Turin səfərinə yollanıb. 6 oyundur qələbə qazana bilməyən “Torino” məhz bu matçda tilsimi qırmaq niyyətindəydi. Amma komandalar bu görüşdən hərəyə 1 qol və 1 xalla ayrılıblar.
 
“Napoli” isə səfərdə “Verona”nı sınağa çəkib. “İnter”in xal itkisindən maksimum yararlanan Neapol təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəlib.
 
İtaliya A Seriyası
29-cu tur
 
Fiorentina – Bolonya 1:0
Qol: L.Torreyra, 70.
 
Verona – Napoli 1:2
Qol: Faraoni, 77 – Osimhen, 14; 71.
 
Atalanta – Cenoa 0:0
 
Udineze – Roma 1:1
Qol: Molina, 15 – Pelleqrini, 90+4-pen.
 
Torino – İnter 1:1
Qol: Bremer, 12 – A.Sançes, 90+3.


Digər xəbərlər

Xəbər xətti