PSJ Neymarı satmağa hazırlaşır

16:08 14 Mart 2022

PSJ Neymarla yollarını ayırmağa hazırdır. Sportarena.az “Telefoot”a istinadən xəbər verir ki, Fransa klubu yaxşı təklif alacağı təqdirdə, braziliyalı hücumçunu saxlamayacaq.
 
Amma Neymarın PSJ-də aldığı maaşın çoxluğu onun başqa kluba keçidinə ən böyük əngəldir.
 
PSJ-nin Neymarı təxminən 100 milyon avroya satmaq istədiyi bildirilir.
 
30 yaşlı futbolçunun Paris klubu ilə hazırkı müqaviləsi 2025-ci ildə başa çatır.
 
Neymar bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 5 qol vurub. O, ötən ilin noyabr ayında aldığı zədə səbəbindən mövsümün çox hissəsini buraxıb. 


Digər xəbərlər

Xəbər xətti