"Qəbələ"nin futbolçusu daha 10 gün oynamayacaq

10:44 15 Mart 2022

“Qəbələ”nin Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ"la qarşılaşmada sıradan çıxan futbolçusu Omar Haninin hazırkı durumuna aydınlıq gəlib.

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ən az 10 gün yaşıl meydanlardan uzaqda qalacaq. Onun daha sonra komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Qeyd edək ki, "Qəbələ"nin digər zədəli oyunçuları Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası bərpa dövrü keçir. Zədədən sonra sıraya dönən Rüfət Əhmədov artıq heyətə qayıdıb. O, 19-cu turun “Zirə” ilə görüşündə ehtiyat oyunçular skamyasında olub. 


Digər xəbərlər

Xəbər xətti