PSJ fanatları Lionel Messi və Əl-Xəlaifiyə etiraz edib

10:55 15 Mart 2022

PSJ azarkeşləri komandanın bu günkü məşqindən əvvəl klub rəhbərliyinə və oyunçulara etiraz edib. 

Sportarena.az xəbər verir ki, onlar klubun bazasının divarlarını yazıblar. Fanatlar PSJ-nin futbolçusu Lionel Messinin və prezidenti Nasser Əl-Xəlaifinin paytaxt təmsilçisindən ayrılmasını istəyiblər. Onlar divarlara bu "Messi və Nasser, komandadan ayrılın", "Bura bizimdir", "Paris bizimdir" kimi ifadələr yazıblar. 

Qeyd edək ki, daha əvvəl azarkeşlər “Bordo”ya qarşı Liqa-1-in oyununda Messi və Neymarı təhqir ediblər.  


Digər xəbərlər

Xəbər xətti