500-cü qolsuzluq

13:15 15 Mart 2022

Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz oyuna təsadüf olunub.

Sportarena.az xəbər verir ki, bu, Premyer Liqanın XIX turuna təsadüf edib. “Qəbələ” – “Zirə” görüşündə qapılara qol vurulmayıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarında bunadək 499 belə matç baş tutmuşdu. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.

Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır – 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub:  “Neftçi” 89, “Keşlə” 70, “Bakı” 62, “Şüvəlan” 54, “Turan” 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.

​Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasında görüşdə bu hesab qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti