"Real"ın futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.
Sportarena.az "Opta"ya istinadən xəbər verir ki, fransalı forvard Primeronun 28-ci turunda "Malyorka" ilə matçda (3:0) dubl etməklə buna nail olub.
34 yaşlı futbolçu karyerasında vurduğu qolların sayını 413-ə yüksəldib və Fransa futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib.
Fransa millisinin üzvü bundan əvvəlki rekordun sahibi Tyerri Anrini (411 qol) geridə qoyub.