“Başa düşmürəm, bu adamı niyə baş məşqçi qoyublar” - Pol Skoulz

10:59 16 Mart 2022

"Mançester Yunayted”in əfsanəvi futbolçusu Pol Skoulz komandanın hazırkı baş məşqçisi Ralf Rankniqi tənqid edib.

Sportarena.az xəbər verir ki, o bildirib: “Başa düşmürəm, bu adamı niyə baş məşqçi təyin ediblər. “Mançester Yunayted”ə uyğun bir məşqçi tapmaq vacibdir. Komandada həqiqətən istedadlı oyunçular var. Uğura yaxınlaşmaq üçün lazım olan məşqçini tapmaq birinci məsələdir”.

Xatırladaq ki, “Mançester Yunayted” dünən gecə öz meydanında “Atletiko”ya uduzaraq (0:1, ilk oyun 1:1) Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti