“Qalatasaray” “Barselona”nı keçməsə, başımı keçəl edəcəm” - VİDEO

20:03 16 Mart 2022

Məşhur türkiyəli şərhçi Ertem Şener Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”ın “Barselona” səddini keçəcəyini bildirib.

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hətta o, bununla bağlı “TV 100”ün efirində yayımlanan “Var odası” verilişində həmkarı Emre Bolla mərc edib. 

Şener bildirib ki, əgər “Qalatasaray” “Barselona”nı keçə bilməsə, başını keçəl edəcək: “Yox, İstanbul klubu ispanlara qalib gələrsə, Emre Bol saçını və saqqalını kəsəcək”. 

Qeyd edək ki, “Qalatasaray” – “Barselona” matçı sabah 21:45-də Türkiyədə oynanılacaq.  

 

 


Digər xəbərlər

Xəbər xətti