"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1 / 8 final mərhələsində "Mançester Yunayted" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.
Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan argentinalı mütəxəssis İngiltərədəki qələbəni şərh edib:
"Çox xoşbəxtəm. Bir çox insanlar bu anları yaşamağımız üçün çox iş sərf etdi. Uşaqlar əla matç keçirdi. Mövsümün ən yaxşı oyunlarından birini oynadıq. Biz matça 5-3-2 sxemi ilə başlamışdıq, sonradan isə Qrizmannı yarımmüdafiənin sağ cinahına, Renan Lodini isə sol cinaha çəkərək 5-4-1 sxeminə keçdik. Müdafiə yaxşı oynadı, Yan Oblak da bizə rahatlıq verdi. Bu, komandanın uğurudu".