Şotlandiyanın “Reyncers” klubundan Ukraynaya maddi yardım

14:37 16 Mart 2022

Şotlandiyanın “Reyncers” klubu Ukraynaya maddi yardım edəcək.

Bu haqda BBC məlumat yayıb. Klubun rəhbərliyi, məşqçiləri və futbolçuları mart ayının maaşının bir hissəsəni - ümumən 72 min funt sterlinqi müharibədən zərər çəkən şəxslərə ayırıb. Bundan başqa, klubun xeyriyyə fondundan əlavə olaraq 15 min funt yardım ediləcək.

“Reyncers”in baş məşqçisi Covanni van Bronkhorst deyib: “Münaqişə insanlara böyük zərbə vurur. Onlar yaxınlarını itirir, evlərindən qaçaraq təhlükəsiz yerə köçür. Ümik edirik ki, mart maaşlarımızın bir hissəsini onlara ayırmaqla bu insanlara yardım üçün göstərilən səylərdə az da olsa rol oynaya biləcəyik”.


Digər xəbərlər

Xəbər xətti