"Mançester Yunayted" azarkeşləri ötən gecə Çempionlar Liqasının 1/8 finalının "Atletiko" ilə cavab oyununda rəqibin baş məşqçisi Dieqo Simeoneyə əşyalar atıblar.
Madrid təmsilçisinin 1:0 hesabı ilə qalib gəlməsi "qırmızı şeytanlar"ın fanatlarını qıcıqlandırıb. Onlar final fitindən sonra Simeoneyə müxtəlif əşyalar atmağa başlayıblar.
Qeyd edək ki, komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatdığı üçün "Atletiko" bu qələb sayəsində 1/4 finala yüksəlib.