Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
"Vilyarreal" İtaliyada "Yuventus"la cavab oyununa çıxıb. İlk görüşü 1:1 hesablı bərabərliklə başa çatan komandaların bu matçında gözlənilməz hesab qeydə alınıb. Qonaqlar Turin səfərində "Yuventus"a 3 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəliblər.
Gecənin digər oyununda "Çelsi" "Lill" ilə qarşılaşıb. Londondakı ilk qarşılaşmada "zadəganlar" 2:0 hesablı qələbə qazanıblar. Bu oyunda "Çelsi"nin qələbəsi ilə başa çatıb - 2:1. Beləliklə, Tomas Tuhelin komandası da 1/4 finala adlayıb.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
16 mart
00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:3
Qol: Moreno, 77-pen. Torres, 85. Danyuma, 90+1-pen.
Baş hakim: Şimon Marçinyak
İlk oyun - 1:1
00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2
Qol: B.Yılmaz, 38-pen – Pulişiç, 45+3. Aspilikueta, 71.
Baş hakim: Davide Massa
İlk oyun - 0:2.
15 mart
"Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1
İlk oyun - 1:1
"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1
İlk oyun - 2:2
8 mart
"Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1
İlk oyun - 2:0.
"Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) - 7:1
İlk oyun - 1:1
9 mart
"Mançester Siti" - "Sportinq" - 0:0
İlk oyun - 5:0
"Real" - PSJ - 3:1
İlk oyun - 0:1