“Komandamız 75 dəqiqə yaxşı oynadı. İkinci hissədə “Vilyarreal”ın bir şansı oldu ki, ondan da istifadə etdilər”.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalının “Vilyarreal”a qarşı evdəki cavab matçını (0:3, ilk oyun 1:1) şərh edərkən deyib.
Onun sözlərinə görə, komandasının ilk hissədə yaxşı şansları olub: “İkinci hissədə onların sayı azaldı. Çünki rəqib 11 nəfərlə müdafiə olunurdu. Onlar oyunu əlavə vaxta aparmaq istəyirdilər. Biz nəticədən təəssüflənirik. Bizim həm birinci, həm də bugünkü oyunda imkanlarımız oldu. Amma mən futbolçularıma çox şey deyə bilmərəm. Onlar indiki kimi çalışmağa davam etməlidirlər”.