Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, "Qalatasaray" "Barselona"nı qəbul edib. "Kamp Nou"dakı qolsuz bərabərlikdən sonra İstanbul klubunun növbəti mərhələyə yüksəlmək şansı artıb.
Maraqlı alınacağı gözlənilən oyunlardan biri də Fransadadı. Belə ki, "Lion" ilk oyunda məğlub etdiyi "Porto" ilə üz-üzə gəlib.
UEFA Rusiya klublarını bütün yarışlardan uzaqlaşdırdığı üçün "Spartak" - "Leypziq" cütünün qalibi almanlar olub. "Leyptsiq” avtomatik 1/4 finala vəsiqə qazanıb.
Avropa Liqası, 1/8 final, cavab oyunları
17 mart
21:45 Bayer (Almaniya) – Atalanta (İtaliya) 0:1
Baş hakim: Fransua Leteksye (Fransa)
İlk oyun – 2:3
21:45 Qalatasaray (Türkiyə) – Barselona (İspaniya) 1:2
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 0:0
21:45 Monako (Fransa) – Braqa (Portuqaliya) 1:1
Baş hakim: Andreas Ekberq (İsveç)
İlk oyun – 0:2
21:45 Srvena Zvezda (Serbiya) – Reyncers (Şotlandiya) 2:1
Baş hakim: İştvan Kovaç (Rumıniya)
İlk oyun – 0:3
00:00 Lion (Fransa) – Portu (Portuqaliya) 1:1
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 1:0
00:00 Ayntraxt (Almaniya) – Betis (İspaniya) 1:1
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun – 2:1
00:00 Vest Hem (İngiltərə) – Sevilya (İspaniya) 2:0
Baş hakim: Kleman Tyurpen (Fransa)
İlk oyun – 0:1