PSJ Rusiyanın bukmeker kontoru "Fonbet" şirkəti ilə əməkdaşlığı dayandırıb.
Sportarena.az xəbər verir ki, bu barədə "France Bleu" məlumat yayıb. Parislilər "Fonbetlə" müqaviləni mövsümün sonuna qədər dayandırmaq qərarına gəliblər.
Lakin PSJ-nin Moskvadakı futbol akademiyası öz işinə davam edəcək. Bu mövsüm akademiyada 3 yaşdan 17 yaşa qədər 500 uşaq təhsil alır. Klubdan verilən açıqlamada bildirilib: “Biz Rusiyada akademiyanın işini dayandırmaq üçün heç bir səbəb tapmadıq. Biz oradakı övladlar naminə işimizi davam etdiririk”
Qeyd edək ki, "Fonbet" və PSJ 2019-cu ildə əməkdaşlığa başlayıblar. Onların müqaviləsi 2023-cü ilə qədər hesablanıb.