UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son 4 cavab matçından sonra həftənin oyunçusu məlum olub.
Sportarena.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Vilyarreal"ın qapıçısı Xeronimo Rulyi layiq görülüb. Argentinalı "əlcək sahibi" UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda “Benfika"dan Darvin Nunyes, “Atletiko”dan Koke və “Çelsi”dən Kristian Pulişiçi qabaqlayıb.
Qeyd edək ki, "Vilyarreal" "Yuventus"u səfərdə 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.