19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ulk oyununa çıxıb.
Ağatahir Əzimovun başçılıq etdiyi komanda 7-ci qrupda Xorvatiyanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.
Xorvatiyanın Karlovats şəhərində keçirilən görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 25-ci dəqiqədə Nazim Rəhimov vurub.
Millimizin qrupdakı ikinci oyunu Latviyaya qarşı olacaq. Martın 18-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.